Si Cinpin: Çin və Azərbaycan əməkdaşlığın yeni səhifəsini açmalıdırlar

Si Cinpin: Çin və Azərbaycan əməkdaşlığın yeni səhifəsini açmalıdırlar Daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq Çin-Azərbaycan münasibətləri möhkəm və sabit olaraq qalır.
Xarici siyasət
23 aprel 2025 10:46
Si Cinpin: Çin və Azərbaycan əməkdaşlığın yeni səhifəsini açmalıdırlar
Si Cinpin

Çin-Azərbaycan münasibətləri daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq möhkəm və sabit olaraq qalır.

“Report”un Çin KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib.

"Hər iki ölkə diplomatik münasibətlərin qurulmasının ilkin niyyətini həmişə xatırlayır. Çin və Azərbaycan qarşılıqlı hörmət, ədalət və qərəzsizlik, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalır. Hər iki tərəf siyasi qarşılıqlı etimadı gücləndirməyi, praktiki əməkdaşlığı dərinləşdirməyi, beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi davam etdirməlidir. Eyni zamanda hərtərəfli əməkdaşlığın yeni səhifəsini açmalıdır", - o qeyd edib.

ÇXR lideri iki ölkə arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi