Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyində kralın ölümü ilə əlaqədar başsağlığı kitabı açılıb

    Kral Abdullah bin Əbdüləziz Əl Səud bu gecə 91 yaşında vəfat edib

    Bakı 23 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanın Bakıdakı səfirliyində kral Abdulla bin Əbdüləziz Əl Səudun ölümü ilə əlaqədar başsağlığı kitabı açılıb.

    Səfirlikdən "Report"a bildiriblər ki, başsağlığı kitabı bu gün səhər saat 09:00-dan 16:00-dək Səudiyyə Ərəbistanının Süleyman Dadaşov küçəsi, 44/2 ünvanında yerləşən diplomatik missiyasında açıq olacaq. 

    Qeyd edək ki, kral Abdulla bin Əbdül Əziz Əl Səud bu gecə 91 yaşında vəfat edib. Onun varisi Salman ibn Əbdül Əziz olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi