Yuxarı

Şərq Tərəfdaşlığı və Vışeqrad qrupu ölkələri XİN rəhbərləri Bratislavada görüşəcək

Nazirlər Riqada Şərq Tərəfdaşlığı sammitində qaldırılacaq məsələləri müzakirə edəcək

Bakı. 12 may. REPORT.AZ/ Şərq Tərəfdaşlığı ölkələri və Vışeqrad qrupunun xarici işlər nazirləri mayın 14-15-də Slovakiyanın paytaxtı Bratislavada görüş keçirəcək. "Report" xəbər verir ki, görüşdə Şərq Tərəfdaşlığı proqramının iştirakçı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusun XİN rəhbərləri, Vışeqrad dördlüyü - Polşa, Slovakiya, Çexiya və Macarıstanın xarici işlər nazirləri, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Avropa Komissiyasının Yaxın Qonşuluq və Genişlənmə üzrə Komissarı Yohannes Han iştirak edəcək. 

Gündəliyə mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitində qaldırılacaq məsələlərin müzakirəsi daxil edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi