Şərq Tərəfdaşlığı ölkələrinə peyvənd üçün vəsait ayrılır

Şərq Tərəfdaşlığı ölkələrinə peyvənd üçün vəsait ayrılır Layihə peyvəndləmənin bütün mərhələlərini əhatə edərək immunlaşma sistemini təkmilləşdirməyə də böyük töhfə olacaq”
Xarici siyasət
12 Fevral , 2021 10:21
Şərq Tərəfdaşlığı ölkələrinə peyvənd üçün vəsait ayrılır

Avropa İttifaqı (Aİ) Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə layihə çərçivəsində koronavirusa qarşı peyvəndləmənin hazırlıq işləri üçün Şərq Tərəfdaşlığı ölkələrinə 40 milyon avro yardım ayıracaq.

“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Aİ-nin həmin ölkədəki nümayəndəsi Matti Maasikas bildirib.

Diplomatın sözlərinə görə, hazırlıq, maddi texniki təminat, səmərəli idarəçilik peyvəndləmə kampaniyasının uğurlu keçməsini şərtləndirir:

“Layihə peyvəndləmənin bütün mərhələlərini əhatə edərək immunlaşma sistemini təkmilləşdirməyə də böyük töhfə olacaq”.

Xatırladaq ki, Avropa İttifaqı tərəfindən 2009-cu ildə başlanmış Şərq Tərəfdaşlığı proqramının məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığı genişləndirməkdir.

Son xəbərlər

Orphus sistemi