Sergey Lavrovun müavini Polad Bülbüloğlu ilə görüşüb

Sergey Lavrovun müavini Polad Bülbüloğlu ilə görüşüb Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivlərini müzakirə edib.
Xarici siyasət
31 Mart , 2023 17:50
Sergey Lavrovun müavini Polad Bülbüloğlu ilə görüşüb

Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivlərini müzakirə edib.

“Report” bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

“Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri konstruktiv şəkildə nəzərdən keçirilib. Həmçinin bir sıra aktual regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatlara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub”, - Rusiya XİN-in məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi