Müasir dünyada həyatın müxtəlif aspektlərinə mənfi təsir göstərən bir çox münaqişələr var.
“Report” xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti Boris Tadiç “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun panel iclasında deyib.
Onun sözlərinə görə, bu baxımdan beynəlxalq ictimaiyyət diqqəti gələcəkdə münaqişələrin qarşısını almaq üçün praktiki həll yollarının tapılmasına yönəltməlidir:
“İsrail, Ukrayna və Yəməndəki müharibələrin nəticələri demək olar ki, bütün dünyada hiss olunur. Biz münaqişələr zamanı və onlardan sonra infrastrukturu necə bərpa etmək, müharibə qurbanlarına necə yardım göstərmək barədə düşünürük. Lakin gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün nə etməli olduğumuz haqqında fikirləşmirik. Fikrimcə, bu məsələdə təhsil, təkcə gənc nəslin deyil, həm də siyasətçilərin təhsili əsas məqamdır”.