Səməd Seyidov: "Son hadisələr AŞPA-da vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi"

Səməd Seyidov: "Son hadisələr AŞPA-da vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi" "Son hadisələrlə bağlı Avropa Şurası dövlətləri daxilində fikir ayrılıqları güclənib və bu mənfi təmayül davam etməkdədir"
Xarici siyasət
9 Oktyabr , 2017 15:20
Səməd Seyidov: Son hadisələr AŞPA-da vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi

Strasburq. 9 oktyabr. REPORT.AZ/ "Son hadisələr Avropa Şurası Parlament Assambleyasında vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi və yeni seçiləcək prezidentin üzərinə böyük vəzifə düşür".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın plenar iclasında çıxışı zamanı deyib.

S.Seyidov bildirib ki, Azərbaycan müsəlman dövləti olaraq insan hüquqları sahəsində böyük nailiyyətlər əldə edib. O deyib ki, bəzi müsəlman dövlətlərində baş verən mənfi əməllər bütün müsəlman ölkələrinə şamil edilməməlidir.

Azərbaycanın AŞPA-dakı nümyəndə heyətinin rəhbəri qeyd edib ki, son hadisələrlə bağlı Avropa Şurası dövlətləri daxilində fikir ayrılıqları güclənib və bu mənfi təmayül davam etməkdədir. 

Son xəbərlər

Orphus sistemi