Səməd Seyidov: "Səfirin öldürülməsinin arxasında dayanan qüvvələr Türkiyə-Rusiya münasibətlərinə zərər vura bilməyəcək"

Səməd Seyidov: "Səfirin öldürülməsinin arxasında dayanan qüvvələr Türkiyə-Rusiya münasibətlərinə zərər vura bilməyəcək" "Bu qətl əməkdaşlıq və bu gün region üçün çox vacib olan sülh ideallarına gizli, qorxaq zərbədir"
Xarici siyasət
20 Dekabr , 2016 16:42
Səməd Seyidov: Səfirin öldürülməsinin arxasında dayanan qüvvələr Türkiyə-Rusiya münasibətlərinə zərər vura bilməyəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ "Rusiya səfirinin Ankarada öldürülməsi əməkdaşlıq ideallarına qorxaq zərbədir."

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov MDB-nin 25 illiyinə həsr olunmuş "dəyirmi masa"da çıxış edərkən bildirib.

"Bu qətl əməkdaşlıq və indi region üçün çox vacib olan sülh ideallarına gizli, qorxaq zərbədir" - S.Seyidov vurğulayıb.

O, təxribatın baş tutmayacağını və səfirin öldürülməsinin arxasında dayanan qüvvələrin Türkiyə-Rusiya münasibətlərinə zərər vura bilməyəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi