Səməd Seyidov: "Dünyanın çətin dövründə yeni yanaşmaya böyük ehtiyac duyulur"

Səməd Seyidov: "Dünyanın çətin dövründə yeni yanaşmaya böyük ehtiyac duyulur" “Bu istiqamətdə dialoq aparıb, birgə mübarizə aparmalıyıq”
Xarici siyasət
5 May , 2017 15:37
Səməd Seyidov: Dünyanın çətin dövründə yeni yanaşmaya böyük ehtiyac duyulur

Bakı. 5 may. REPORT.AZ/ “Bu sessiya ən vacib görüşlərdən biridir. Sivilizasiyalar arasında mədəni əlaqələrin yaranmasında siyasətçilərin və parlament üzvlərinin rolu mühümdür”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədən körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda keçirilən panel iclasında deyib.

O bildirib ki, dünyanın çətin dövründə yeni yanaşmaya böyük ehtiyac duyulur: “Dünyada islamafobiya, insan alveri, antisemitizm kimi neqativ hallar baş verir. Bu istiqamətdə dialoq aparıb, birgə mübarizə aparmalıyıq”.

İclasda iştirak edən Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd çıxışında deyib ki, Cibuti müxtəlif mədəniyyətlərin olduğu ölkədir: “Ölkəmiz mədəni dialoqun olmasında maraqlıdır. Mədəniyyətləararası dialoqa nail olmalıyıq. Beynəlxalq görüşlərdə də bu mövzu diqqətdə saxlanılmalıdır. Bizə miras qalan tolerantlığın qorunub saxlanılmasına nail olmalıyıq”.

Son xəbərlər

Orphus sistemi