Səfirlik: "Türkiyə Azərbaycana hər cür yardım göstərməyə hazırdır"

Səfirlik: "Türkiyə Azərbaycana hər cür yardım göstərməyə hazırdır" Astarada türk zabitin məzarı üstə qoyulan lövhənin açılışı olub
Xarici siyasət
30 Mart , 2017 15:40
Səfirlik: Türkiyə Azərbaycana hər cür yardım göstərməyə hazırdır
Report.az

Astara. 30 mart. REPORT.AZ/ "Türkiyə Azərbaycana hər cür yardım göstərməyə və fədakarlığa hazırdır".

"Report"un Cənub bürosunun məlumatına görə, bunu Astara rayonunun Pensər kəndində şəhid türk zabitinin məzarı üstündə xatirə lövhəsinin açılış mərasimində Türkiyənin Azərbaycandakı Səfirliyinin hərbi ataşesinin köməkçisi Hüner Gönül deyib.

Hərbi ataşenin köməkçisi Azərbaycanla Türkiyə arasında heç bir fərqin olmadığını bildirib: "Biz 1918-ci ildə olduğu kimi hər zaman Azərbaycana dəstək olmağa hazırıq. Ulu öndər Heydər Əliyevin dediyi kimi "Biz bir millət, iki dövlətik".

Qeyd edək ki, 1918-ci ilin mart qırğınları zamanı Azərbaycana gələn Qafqaz İslam Ordusunun komandanı Yusif Camal bəy Astara rayonunun Pensər kəndində şəhid olub. Onun rəhbərlik etdiyi 300 nəfərlik türk hərbçisi yerli əhalini erməni hücumlarından müdafiə edərkən şəhid olub. O, yaxın silahdaşı astaralı Hacı Osmanla yanaşı dəfn olunub.

Son xəbərlər

Orphus sistemi