Yuxarı

Səfirlik: "ABŞ bu il də Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir"

ABŞ-ın Azərbaycanla əməkdaşlığı dövlət katibi Con Kerrinin haqqında danışdığı qlobal öhdəliyinin bir hissəsidir

Bakı. 8 yanvar. REPORT.AZ/ "ABŞ-ın Azərbaycanla əməkdaşlığı dövlət katibi Con Kerrinin haqqında danışdığı qlobal öhdəliyinin bir hissəsidir. Biz bu il ərzində əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik". "Report"un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyi dövlət Katibi Con Kerri Birləşmiş Ştatların diplomatiyası ilə bağlı çıxışı şərh edərkən bildirib.

Səfirlikdən qeyd ediblər ki, dövlət katibi C.Kerri ABŞ diplomatiyası ilə bağlı çıxışında ötən ilin nailiyyətlərini, gözlənilən imkan və çətinlikləri və Amerikanın bu çətinliklərin öhdəsindən gələcəyinə əminliyini vurğulayıb: "İmkandan istifadə edərək, biz ABŞ səfirliyi olaraq qeyd etmək istərdik ki, ABŞ-ın Azərbaycanla əməkdaşlığı dövlət katibi Con Kerrinin haqqında danışdığı qlobal öhdəliyinin bir hissəsidir və biz bu il də əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik". 

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri deyib ki, bu gün ABŞ əvvəlkinə nəzərən dünyanın daha çox yerində daha vacib məsələlərlə daha yaxından məşğuldur: "Səbəbi isə odur ki, bizim maraqlarımız bunu tələb edir və bizim dostlarımız və müttəfiqlərimiz də bunu istəyir və alqışlayır. Bu səbəbdən qarşıdan gələn aylarda Ukrayna, Əfqanıstan, Mərkəzi Amerika, Kolumbiya, Kipr, Liviya, Cənubi Sudan, Burundi və s. kimi yerlərdə yeni imkanlar və çətinliklər gözləyirik. Çətinliklərlə bağlı heç bir illüziyamız yoxdur, sadəcə, mən şəxsən əminəm ki, ortaya qoyduğumuz dəyərlərə və onların Amerika xalqının dəyərlərini əks etdirdiyinə görə biz güclü beynəlxalq dəstək qazanmışıq. İnanıram ki, bu çətinliklərdən keçərkən də bu dəstəyi saxlayacağıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi