Səfir: Zəngilanda keçirilən konfransda iştirak Almaniyanın minalarla mübarizə fəaliyyətinə sadiqliyini göstərir
Səfir: Zəngilanda keçirilən konfransda iştirak Almaniyanın minalarla mübarizə fəaliyyətinə sadiqliyini göstərirZəngilanda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransında iştirak Almaniyanın minalarla mübarizə fəaliyyətinı sadiqliyini vurğulayır.
Zəngilanda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransında iştirak Almaniyanın minalarla mübarizə fəaliyyətinə sadiqliyini göstərir.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Qarabağa səfərim çərçivəsində heyrətamiz minatəmizləmə və yenidənqurma işlərini gördükdən sonra Zəngilanda minatəmizləmə mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edirəm. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) və BMT-nin İnkişaf Proqramının Zəngilanda təşkil etdiyi konfransda Almaniyanın dünyada və Azərbaycanda minalarla mübarizə fəaliyyətinə verdiyi dəstəyi vurğulamaq imkanım var”, - səfir qeyd edib.
Xatırladaq ki, bu gün Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı konfrans işə başlayıb.
At the end of my visit to Qarabağ, having seen the amazing efforts of de-mining and reconstruction, attending the 3rd Int. Conference on Mine Action by @ANAMA_gov_az@UNDP in Zəngilan is an opportunity for me to underline support for mine action worldwide and in pic.twitter.com/8TzasqfkuM
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) May 30, 2024