2011-ci ildə Meksika Konqresi
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.
"Biz birinci olmuşuq. Yalnız bundan sonra digər ölkələrin konqresləri belə qərar qəbul etdilər", - o deyib.
Xatırladaq ki, 2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin işğalını, xüsusilə də Xocalıda törədilən soyqırımı qətiyyətlə pisləyən qətnamə qəbul edib.