Səfir: "Türkmənistan beynəlxalq gündəmdə olan ən vacib məsələlər üzrə fəal mövqe tutur"

Səfir: "Türkmənistan beynəlxalq gündəmdə olan ən vacib məsələlər üzrə fəal mövqe tutur" Bakı. 4 dekabr. REPORT.AZ/ Türkmənistan neytral statusa əsaslanaraq, beynəlxalq gündəmdə olan ən vacib məsələlər üzrə fəal mövqe tutur.
Xarici siyasət
4 Dekabr , 2017 12:11
Səfir: Türkmənistan beynəlxalq gündəmdə olan ən vacib məsələlər üzrə fəal mövqe tutur
Report/ Elshan Baba

Bakı. 4 dekabr. REPORT.AZ/ "Türkmənistan neytral statusa əsaslanaraq, beynəlxalq gündəmdə olan ən vacib məsələlər üzrə fəal mövqe tutur".

"Report" xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev BMT Baş Assambleyasının dekabrın 12-ni Beynəlxalq tərəfsizlik günü elan etməsinə həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib ki, Türkmənistan dövlət başçısı Qurbanqulu Berdıməhəmmədovun insanlığı narahat edən bütün aktual problemlərin həllinə yönəlmiş konstruktiv beynəlxalq təşəbbüsləri var.

"Türkmənistan müsbət neytrallıq prinsiplərinə əsaslanaraq, sülh və barışıq naminə beynəlxalq dialoqa, bəşəriyyətin ali ideallarının təsdiq edilməsinə mühüm töhfə verir. Türkmənistan həm beynəlxalq səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoq aparmaqla beynəlxalq əlaqələri genişləndirir" - səfir diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi