Səfir: "Rusiya Azərbaycanın sabit, müstəqil və güclü dövlət kimi inkişaf etməsində maraqlıdır"

Səfir: "Rusiya Azərbaycanın sabit, müstəqil və güclü dövlət kimi inkişaf etməsində maraqlıdır" "Azərbaycan 25 il ərzində Rusiya üçün strateji tərəfdaşa çevrilib"
Xarici siyasət
11 Oktyabr , 2016 15:06
Səfir: Rusiya Azərbaycanın sabit, müstəqil və güclü dövlət kimi inkişaf etməsində maraqlıdır

Bakı. 11 oktyabr. REPORT.AZ/ "İyirmi beş il tarixin sonu yox, başlanğıcıdır. Azərbaycanın qarşısında yeni imkanlar açılır, amma eyni zamanda, yeni çağırışlar yaranır. Rusiya Azərbaycanın sabit, müstəqil və güclü dövlət kimi inkişaf etməsində maraqlıdır. Cənub sərhədlərdə məhz belə qonşu dövlətin olmasında maraqlıyıq".

"Report" xəbər verir ki, bu fikirlər Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş məqalələr toplusunda dərc edilmiş "Rusiya və Azərbaycan: ən yeni taxrixin 25 ili" adlı məqaləsində yazılıb.

"İyirmi beş ildən sonra bu gün iki ölkənin yeni milli maraqlarına tam cavab verən, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələlərinə xidmət edən qarşılıqlı əlaqə modelini qurmağı bacardığını məmnuniyyətlə söyləmək olar. 25 il ərzində Azərbaycan Rusiya üçün strateji tərəfdaşa çevrilib. Onun dəyəri Rusiya Şimali Qafqazına yaxınlıq, Xəzəryanı dövlət statusu, iqtisadi potensial, energetika məsələlərində unikal rol, eləcə də Rusiya ilə qarşılıqlı anlaşma üçün səmimi istək kimi amillərlə müəyyən edilir" - məqalədə deyilir.

Səfir qeyd edib ki, Rusiyanın Azərbaycanla əməkdaşlığı siyasi, ticari-iqtisadi və humanitar xarakterli məsələləri tam əhatə edir: "Ticari- iqtisadi əlaqələrin həcmi baxımından Rusiya Azərbaycanın aparıcı beynəlxalq tərəfdaşları arasındadır, qeyri-neft sektorunda isə Rusiya bir nömrəli tərəfdaşdır. Rusiya və Azərbaycan hərbi-texniki sahədə fəal əməkdaşlıq edir, hərbi əlaqələr lazımi səviyyədədir."

Xatırladaq ki, məqalələr toplusunun yaradılmasının ideya müəllifi Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur. Kitabda Azərbaycanda akkreditə olunmuş 49 ölkənin səfirinin, eləcə də BMT, Avropa İttifaqı, TürkkPA, TRASEKA kimi beynəlxalq təşkilatların rəhbərlərinin məqalələri toplanılıb.

Son xəbərlər

Orphus sistemi