Bakı. 14 oktyabr. REPORT.AZ/ Regionda sülhün qorunmasında Azərbaycan Amerikanın rolunu yüksək qiymətləndirir.
"Report" "The Salt Lake Tribune" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Amerikanın dünyadakı rolu" mövzusunda Yuta universitetində baş tutan konfransda çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib.
Səfir Azərbaycandan Türkiyəyə neft kəmərinin tikintisini, eləcə də Amerika Birləşmiş Ştatlarının bu boru kəmərinin inşasına dəstək verdiyini də xatırladıb.
E.Süleymanov öz çıxışında, həmçinin regionda baş verən hadisələrə də toxunaraq Rusiyanın Ukraynadakı hərəkətləri, Krımın işğalı və Xəzəryanı ölkələr arasında
Bu baxımdan, səfir Rusiyanın regiondakı bu hərəkətlərinə Qərbin sərin reaksiyası ilə bağlı narahatlığını bildirib. "Bu, Qərbin burada baş verən hadisələrdə iştirak etməmək niyyətini göstərir. Bunu insanlar hiss edirlər", - səfir deyib.