Səfir: “Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir”

Səfir: “Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir” “Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir”.
Xarici siyasət
16 Noyabr , 2022 16:55
Səfir: “Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir”

“Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan xarici siyasətlə bağlı fəaliyyətinin çox mühüm mərhələsindədir - qonşu Ermənistanla sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar aparılır: “Bu gün Azərbaycan mühüm mərhələdən keçir. Söhbət sülh müqaviləsinin bağlanmasına hazırlıqdan gedir. Biz bu prosesi izləyirik”.

S.Abdıkərimov deyib ki, Qazaxıstan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığı genişləndirmək niyyətindədir: “Buna Zəngəzur dəhlizinin açılması yardım göstərəcək və bu prosesi sürətləndirəcək”.

Son xəbərlər

Orphus sistemi