"XIX-XX əsrlərdə polşalı memarlar Bakı tarixində mühüm iz qoyublar".
“Report” xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski polşalıların Bakı memarlığına töhfələrinə həsr olunmuş tədbirdə bildirib.
Bundan başqa, son 30 ildə Azərbaycanla Polşa arasında siyasi, sosial, mədəni münasibətlərinin xeyli inkişaf etdiyini söyləyən səfir bu əməkdaşlığın Polşa üçün xüsusi əhəmiyyət daşıdığını deyib.
“Polşalı memarların Azərbaycan paytaxtında mühüm binaların inşasında gəlməsində əməyi var. Bu da hazırda polşalı turistləri Azərbaycana çəkib gətirən amillərdən biridir. Burada onlar Polşa irsi ilə tanış olmaqla yanaşı, həm də o dövrün ab-havasını hiss edə bilirlər. Azərbaycanla mədəni əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümidvarıq”, - diplomat vurğulayıb.