Səfir: “Pakistan hökuməti və xalqı Azərbaycanın yardımını yüksək qiymətləndirir”

Səfir: “Pakistan hökuməti və xalqı Azərbaycanın yardımını yüksək qiymətləndirir” “Rəsmi İslamabad Azərbaycanın donor konfransında iştirakına və Pakistan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirilən yardımına görə şaddır”.
Xarici siyasət
11 Yanvar , 2023 13:14
Səfir: “Pakistan hökuməti və xalqı Azərbaycanın yardımını yüksək qiymətləndirir”

“Rəsmi İslamabad Azərbaycanın donor konfransında iştirakına və Pakistan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirilən yardımına görə şaddır”.

Bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ötən ilin avqustunda bu ölkədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına dəstək olmaq üçün lazımi maliyyə resurslarının cəlb edilməsi məqsədilə keçirilən “İqlimə davamlı Pakistan” beynəlxalq konfransının nəticələrini şərh edərkən deyib.

“Pakistanda daşqınların fəsadlarının aradan qaldırılması üçün əlavə 2 milyon dollar ayrıldığını elan etdiyinə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımızı bildirmək istərdik”, - səfir bildirib.

Diplomat xatırladıb ki, Dünya Bankı müxtəlif beynəlxalq qurumlarla birlikdə 2022-ci ilin yayında Pakistanda baş vermiş irimiqyaslı daşqınlar nəticəsində dəyən ziyanın hərtərəfli qiymətləndirilməsini aparıb və ölkənin bərpası üçün təxminən 30 milyard dollar lazım olduğu qənaətinə gəlib: “Bu məbləğin yarısına, yəni, təxminən, 15 milyard dollarlıq maliyyə vəsaitinə yaxın 3 ildə ehtiyac olacağı proqnozlaşdırılır. Pakistan hökuməti daşqından ziyan vurduğu ərazilərin bərpası və yenidən qurulması üçün lazım olan məbləğin 50%-ni maliyyələşdirməyi öhdəsinə götürüb”.

Onun sözlərinə görə, yerdə qalan 50%-lik maliyyə vəsaitini toplamaq üçün Pakistan hökuməti BMT ilə birlikdə yanvarın 9-da Cenevrədə donor konfransı keçirib: “Biz minnətdarıq ki, Cenevrə Konfransında beynəlxalq tərəfdaşlar və dost ölkələr Pakistan hökumətinin səylərini dəstəkləməyə elan edib”.

Son xəbərlər

Orphus sistemi