Yuxarı
    Bağlamaq

    Səfir: "Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

    Hər hansı qətnaməyə baxmayaraq, Aİ Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

    Bakı. 21 Sentyabr. REPORT.AZ/ "Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkəmizin bu mövqeyi ötən illər ərzində dəyişilməz olaraq qalıb, biz bu prinsipləri qətiyyətlə müdafiə etməyə çalışacağıq". Bunu "Report"a verdiyi müsahibədə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bəyan edib.

    Onun sözlərinə görə, müharibə hər hansı münaqişənin və ya mübahisəli məsələnin həll olunmasında əl atıla biləcək ən sonuncu vasitədir: "Buna görə də mənim mövqeyim bu münaqişənin sülh yolu ilə həll edilməsindən ibarətdir, təmsil etdiyim Latviyanın da mövqeyi məhz belədir. Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək", - səfir bildirib.

    Səfir Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrin inkişafını qiymətləndirib və qeyd edib ki, o, özünün Bakıdakı diplomatik missiyası çərçivəsində bir sıra sahələrdə, eləcə də iqtisadi əməkdaşlıq, turizm, mədəniyyət və təhsil sahələri ilə bağlı əldə olunmuş əməkdaşlığın inkişaf etdirilməsi fəaliyyətini davam etdirəcək.

    Avropa Parlamentinin yaxın günlərdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə bağlı məsələni şərh edən səfir deyib: "Əlbəttə, Avropa Parlamenti Avropa İttifaqının (Aİ) daxilindəki ayrıca bir qurumdur və bu qurumun qəbul etdiyi qərarları tənqid etmək mənim səlahiyyətimə daxil deyil. Lakin istənilən halda, qəbul edilən hər hansı qətnaməyə baxmayaraq, Aİ Azərbaycanla əməkdaşlıqda maraqlıdır - əsas olan da elə budur və bu əməkdaşlıq mövcud olmalıdır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi