Səfir: "Azərbaycanlı tələbələrin karantin bölgəsindən çıxmasına hələlik icazə verilmir"

Səfir: "Azərbaycanlı tələbələrin karantin bölgəsindən çıxmasına hələlik icazə verilmir" “Hazırda diqqət mərkəzində əsasən koronavirusun yayılmağa başladığı Vuhan şəhərindəki azərbaycanlı tələbələrdir”.
Xarici siyasət
28 Yanvar , 2020 14:37
Səfir: Azərbaycanlı tələbələrin karantin bölgəsindən çıxmasına hələlik icazə verilmir
liter.kz

“Hazırda diqqət mərkəzində əsasən koronavirusun yayılmağa başladığı Vuhan şəhərindəki azərbaycanlı tələbələrdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı AzTV-nin birbaşa yayınında bildirib.

“Onlarla mütəmadi əlaqə saxlayır, vəziyyətləri ilə maraqlanırıq. Vuhandakı tələbələr qaldıqları mənzillərdən, yataqxanalardan çıxa bilmədikləri üçün daha çətin vəziyyətdədirlər. Yataqxanada qalanlar yeməkxanaya gedib çörək yeyə bilirlər, mənzil tutanlar isə özləri ərzaq tədarükü görüblər”, - səfir deyib.

O, Vuhan şəhərində rəsmi olaraq karantin elan edildiyini bildirib.

“Çin hökuməti hazırda bu karantin bölgəsindən vətəndaşların çaxarılmasını ilkin mərhələdə təhlükəli hesab edir, amma buna baxmayaraq, Azərbaycan vətəndaşlarını oradan çıxartmaq haqqında ciddi düşünürük və danışıqlar aparırıq. Azərbaycan hökuməti oradakı tələbələrimizin vəziyyətinə çox ciddi yanaşır. Ümid edirik ki, yaxın zamanda müsbət nəticə əldə edəcəyik”, - diplomat fikrini tamamlayıb.

Xatırladaq ki, Çinin Dövlət Səhiyyə Komitəsinin son məlumatına görə, yeni növ koronavirusa yoluxanların ümumi sayı 4515 nəfərə çatıb, onlardan 106 nəfəri ölüb.

Qeyd edək ki, Çinin materik hissəsindən başqa Honq Konq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada yoluxma halları qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi