Seyid Abbas Musəvi : “İranla Azərbaycan arasında münasibətlər hər zamankından daha güclüdür”

Seyid Abbas Musəvi : “İranla Azərbaycan arasında münasibətlər hər zamankından daha güclüdür” "Xalqlarımız və ölkələrimiz arasındakı bu əlaqələr və xüsusi qarşılıqlı münasibətlər özümü burada yad hiss etməməyimə imkan verir"
Xarici siyasət
624
15 Sentyabr , 2020 16:37
Seyid Abbas Musəvi : “İranla Azərbaycan arasında münasibətlər hər zamankından daha güclüdür”
Seyid Abbas Musəvi

“Azərbaycanla olan münasibətlərimiz başqa heç bir ölkə ilə yoxdur”.

“Report” xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.

“Xalqlarımız və ölkələrimiz arasındakı bu əlaqələr və xüsusi qarşılıqlı münasibətlər özümü burada yad hiss etməməyimə imkan verir. Dövlətlərimizin başçıları arasında da səmimi və yaxşı münasibətlər qurulub. Bəyan edirəm ki, İran ilə Azərbaycan arasındakı münasibətlər heç vaxt indiki qədər güclü və möhkəm olmayıb. Azərbaycan Prezidenti ilə çox isti və məhsuldar görüşümüz oldu”, - səfir bildirib.

S.Musavi həmçinin qeyd edib ki, qonşularla, o cümlədən Azərbaycanla münasibətlər İran üçün vacibdir və bu münasibətlər başqaları üçün nümunədir: “Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyırıq və hörmət edirik”.

Orphus sistemi