Səfir: “İsrail XİN vətəndaşları Azərbaycana getməməyə çağırmır”

Səfir: “İsrail XİN vətəndaşları Azərbaycana getməməyə çağırmır” “İsrail Xarici İşlər Nazirliyi vətəndaşları Azərbaycana getməməyə çağırmır. Əksinə, XİN israillilərin Azərbaycana səfər etmək istəklərini alqışlayır”.
Xarici siyasət
24 Yanvar , 2020 11:27
Səfir: “İsrail XİN vətəndaşları Azərbaycana getməməyə çağırmır”
Report / Sultana Ahmadbayli

“İsrail Xarici İşlər Nazirliyi vətəndaşları Azərbaycana getməməyə çağırmır. Əksinə, XİN israillilərin Azərbaycana səfər etmək istəklərini alqışlayır”.

“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik İsrail tərəfinin vətəndaşlarını Azərbaycana getməməyə çağırıb-çağırmaması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, XİN səfərlə maraqlananlara Azərbaycan haqqında məlumat verir.

“İş ondadır ki, Azərbaycan cənubdan İranla həmsərhəddir. Onlar da tez-tez açıq şəkildə İsraili məhv etmək niyyətində olduğunu bəyan edirlər. Bu baxımdan İsrail Xarici İşlər Nazirliyi yalnız vətəndaşlarına xəbərdarlıq edir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi