Səfir: "İraqdakı azərbaycanlı qadınlar və uşaqlarla bağlı məsələ humanitar aspekt nəzərə alınaraq həll olunur"

Səfir: "İraqdakı azərbaycanlı qadınlar və uşaqlarla bağlı məsələ humanitar aspekt nəzərə alınaraq həll olunur" Bakı. 23 aprel. REPORT.AZ/ İraq tərəfi ölkədə olan azərbaycanlı qadınlar və uşaqlarla bağlı məsələni humanitar aspektləri nəzərə alaraq həll edir.
Xarici siyasət
23 Aprel , 2018 15:36
Səfir: İraqdakı azərbaycanlı qadınlar və uşaqlarla bağlı məsələ humanitar aspekt nəzərə alınaraq həll olunur
Report

Bakı. 23 aprel. REPORT.AZ/ "İraq tərəfi ölkədə olan azərbaycanlı qadınlar və uşaqlarla bağlı məsələni humanitar aspektləri nəzərə alaraq həll edir".

Bunu "Report"a İraqın Azərbaycandakı səfiri Fədhi Avad Cebur əl-Şuvayli bildirib.

Onun sözlərinə görə, İraq tərəfi bu işdə Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır: "İraqda olan bir uşağı artıq Azərbaycan tərəfinə vermişik və bu məsələnin həlli üçün hər cür səy göstərməyə davam edəcəyik".

Azərbaycan-İraq münasibətlərinin vəziyyətinə münasibət bildirən səfir bu məsələnin dinamik tərəqqi ilə xarakterizə olunduğunu söyləyib: "O cümlədən İŞİD-ə qarşı birgə mübarizəni, azərbaycanlı iş adamlarının İraqa sərmayə yatırmasını, eləcə də universitetlərimizin birgə proqramlarını qeyd edə bilərik".

Son xəbərlər

Orphus sistemi