Yuxarı

Səfir: "Həm Pakistan, həm Azərbaycan ərazilərin işğalı problemi ilə qarşılaşıb"

Pakistanın Bakıdakı səfirliyində Kəşmirlə Həmrəylik Gününə həsr olunan tədbir keçirilib

Bakı. 5 fevral. REPORT.AZ/ Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirlə Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirin əvvəlində kəşmirlilərin hüquqları uğrunda ölənlərin xatirəsinə dualar oxunub. Daha sonra həmin hadisələrin tarixinən bəhs edən video-çarx nümayiş olunub. 

Öz çıxışında Pakistanın Azərbaycandakı səfiri Xalid Usma Qayser bildirib ki, Kəşmirlə Həmrəylik Günü 1990-cı ildən qeyd olunur. Həmin vaxt Pakistan xalqı Hindistan tərəfindən qanunsuz işğal olunan Kəşmir əhalisinin tələblərilə həmrəy olduğunu bildirib. 

Səfir həmçinin qeyd edib ki, həm Pakistan, həm də Azərbaycan ərazilərinin işğal olunması problemi ilə qarşılaşıb. O, Dağlıq Qarabağı Ermənistan tərəfindən qanunsuz işğal olunan Azərbaycan ərazisi adlandırıb: "Kəşmirr həmçinin Hindistan tərəfindən işğal olunub. Bununla bağlı BMT qətnamələri yerinə yetirilmir, beynəlxalq hüquq pozulur, bu regionlarda demoqrafik vəziyyətin dəyişməsi müşahidə olunur".

Səfir tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib və Dağlıq Qarabağ münaqişəsi məsələsində Pakistanın  Azərbaycanı dəstəklədiyini vurğulayıb: "Həmin dəstəyi qardaş Azərbaycandan da gözləyirəm".

Daha sonra Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva çıxış edib. O, səfir X.Qayserə Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Q.Paşayeva xatırladıb ki, Azərbaycanda Xocalı faciəsinin 23-cü ildönümü qeyd olunacaq. Deputat bildirib ki, Pakistan Senatı Xocalı faciəsini soyqırım kimi qəbul edib: "Həm Kəşmir, həm də Qarabağda insanlar münaqişənin həll olunmamasından əziyyət çəkirlər. Onların səsi beynəlxalq təşkilatlarda eşidilməli, qətnamələr yerinə yetirilməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi