Səfir Elxan Qəhrəman Küveyt əmirinə etimadnaməsini təqdim edib

Səfir Elxan Qəhrəman Küveyt əmirinə etimadnaməsini təqdim edib Küveyt əmiri Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib
Xarici siyasət
23 Mart , 2016 15:38
Səfir Elxan Qəhrəman Küveyt əmirinə etimadnaməsini təqdim edib

Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bu ölkənin əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha etimadnaməsini təqdim edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, təqdimat mərasimində fəxri qarovul düzülüb, Azərbaycan Respublikasının dövlət bayrağı yüksəldilib və dövlət himni səsləndirilib.

Söhbət zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Əmir Şeyx Sabah Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edərək, bu səfərin iki ölkə arasında mövcud səmimi münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını söyləyib.

Küveyt əmiri Azərbaycanın ölkəsindəki səfirini qəbul etməkdən məmnun olduğunu bildirib. Əlahəzrət əmir Azərbaycanla əlaqələrin inkişafını alqışladığını və bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Görüş zamanı Küveyt dövlətinin rəhbəri Azərbaycana səfər etməsi arzusunun yaxın gələcəkdə reallaşacağına ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi