Bakı. 27 iyun. REPORT.AZ/ Cari ilin 26 iyun tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov etimadnaməsini Braziliya prezidenti Mişel Temerə təqdim edib.
Səfirlikdən "Report"a verilən məlumata görə, Elxan Poluxov etimadnaməni təqdim etdikdən sonra Azərbaycan Prezident İlham Əliyevin səmimi salamlarını Braziliya prezidentinə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə edib.
Mərasimin sonunda Elxan Poluxovla Braziliya prezidenti Mişel Temer xatirə şəkili çəkdirib.