Yuxarı

Səfir Əkrəm Zeynallı Lixtenşteyn knyazı ilə görüşüb

Lixtenşteyn paytaxtında Yeni İl münasibətilə rəsmi qəbul təşkil olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Əkrəm Zeynallı Lixtenşteyn paytaxtı Vadutsda Yeni İl münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib.

Bu barədə "Report"a Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib.

Qəbul çərçivəsində səfir Ə.Zeynallı Vaduts Qəsrində Lixtenşteyn Knyazı Əlahəzrət II Hans-Adam ilə görüş keçirib.

Görüş zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və Yeni İl təbriklərini qarşı tərəfə çatdrıb. Azərbaycan dövlət başçısının səmimi salamlarına və xoş arzularına görə minnətdarlıq ifadə edən Əlahəzrət II Hans-Adam öz növbəsində onun da salamlarını və Yeni İl münasibətilə xoş arzularını İlham Əliyevə çatdırmasını səfirdən xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi