Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir

Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir Hazırda Bakı ilə Daşkənd arasında əməkdaşlıqda prioritet istiqamət sənaye kooperasiyasının inkişafıdır.
Xarici siyasət
27 Avqust , 2024 10:56
Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir

Bakı ilə Daşkənd arasında əməkdaşlıqda prioritet istiqaməti sənaye kooperasiyasının inkişafıdır.

“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı müttəfiqlik münasibətlərinin qurulması ilə bağlı tarixi sənəd imzalanıb”, - o bildirib.

İki ölkə arasında 11 qardaşlaşmış şəhərin olduğunu bildirən səfir bunu sıx əməkdaşlığın nümunəsi adlandırıb: “Azərbaycan Özbəkistan üçün Avropaya körpü rolunu oynayır. Özbəkistan isə Azərbaycan üçün Asiyaya körpü kimi xidmət edə bilər”.

B.Aşrafxanov 2025-ci ilin “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” olacağını xatırladıb.

Son xəbərlər

Orphus sistemi