"Almaniya Azərbaycan hökuməti ilə əməkdaşlıqda maraqlıdır.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında bildirib.
"Azərbaycanla
Səfir həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın vacibliyini də qeyd edib. "Almaniya 2020-ci ilə qədər BMT Təhlükəsizlik Şurasının sədridir. Azərbaycanla bu struktur çərçivəsində də əməkdaşlığımızı davam etdirmək istərdik. Bundan əlavə, Almaniya payızdan etibarən Avropa Şurasına sədrlik edəcək. Azərbaycanın Avropa təşkilatları daha yaxından əməkdaşlıq etməsinə yardım göstərmək istəyirik", - səfir fikrini tamamlayıb.