Yuxarı

Səfir: "Azərbaycanda yaşayan rusların fəaliyyəti üçün əlverişli şərait yaradılıb"

Xaricdə yaşayan soydaşlarımızla iş Rusiya xarici siyasətinin mühüm istiqamətlərindən biridir

Bakı. 1 iyun. REPORT.AZ/ "Xaricdə yaşayan soydaşlarımızla iş Rusiya xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycanda bu işin dövlət səviyyəsində başa düşülərək dəstəklənməsi bizim üçün çox vacibdir. Soydaşlarımızın təşkilatlarının fəaliyyəti üçün burada əlverişli şərait yaradılıb". "Report" Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanda yaşayan rusların cəmiyyətlərinin konfransındakı çıxışı zamanı bildirib.

O, ölkədə rus dili və rus mədəniyyətinə yaxşı münasibətin bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin Bakıda İ.M.Seçenov adına Tibb Universitetinin filialının açılması ilə bağlı son qərarını göstərib.

Səfir bu konfransın Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunduğunu qeyd edib. "Ən mühüm məsələ ondadır ki, Azərbaycan və Rusiya bu hadisələri eyni cür qiymətləndirir. Tarix bizi ayırmır, əksinə, birləşdirir. Bütün bunlar hazırda dünyada baş verən II Dünya müharibəsinin nəticələrinə yenidən baxılması, Sovet İttifaqının faşizm üzərindəki qələbədə həlledici rolunun inkar edilməsi, faşistləri qəhrəman kimi qələmə verilməsi və neo-nasist ideologiyasının dirçəlməsi fonunda baş verdiyi üçün bizə daha qiymətlidir", - V.Doroxin deyib.

Səfir maliyyə problemlərinə baxmayaraq, Rusiyanın xaricdə yaşayan ruslara maliyyə dəstəyi göstərməkdə davam etdiyini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi