Səfir: "Azərbaycana qarşı tənqid sifarişlidir və xarici qüvvələr tərəfindən idarə olunur"

Səfir: "Azərbaycana qarşı tənqid sifarişlidir və xarici qüvvələr tərəfindən idarə olunur" Fuad İsgəndərov: "Aİ-yə nə qədər çox yaxınlaşırıqsa, tənqidlər də bir o qədər çoxalır"
Xarici siyasət
1040
4 Oktyabr , 2017 11:34
Səfir: Azərbaycana qarşı tənqid sifarişlidir və xarici qüvvələr tərəfindən idarə olunur
Foto: İCD

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azərbaycan sözün həqiqi mənasında bir sıra istiqamətdə Avropaya gündən-günə daha da yaxınlaşır".

"Report" xəbər verir ki, bunu "Euractiv"ə müsahibəsində Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa ilə enerji əməkdaşlığı qurub və "Cənub Qaz Dəhlizi", TAP, TANAP kimi müxtəlif birgə enerji layihələrində əməkdaşlıq edir.

"Avropa İttifaqına (Aİ) nə qədər çox yaxınlaşırıqsa, tənqidlər də bir o qədər çoxalır. Lakin münasibətlərimizdə geri qayıtmağa yol olmayan nöqtəyə yaxınlaşırıq", - diplomat deyib.

Səfir bildirib ki, bəzi qüvvələr əlaqələrin inkişafına və Azərbaycan ilə Avropa arasında yaxınlaşmaya fəal şəkildə mane olur.

"Əksər hallarda Azərbaycana qarşı tənqid sifarişlidir və xarici qüvvələr tərəfindən idarə olunur. Bunun arxasında kimlərin dayandığını bilirik. Bunlar Azərbaycan ərazilərini işğal edən qüvvələrdir. Özü də işğalın arxasında dayananlar ölkəmi mənfi çalarlarda qələmə verirlər", - F.İsgəndərov qeyd edib.