Səfir: "Azərbaycan və Rumıniya bir sıra sahələrdə əməkdaşlığı inkişaf etdirir"

Səfir: "Azərbaycan və Rumıniya bir sıra sahələrdə əməkdaşlığı inkişaf etdirir" Azərbaycan və Rumıniya arasında hökumətlərarası komissiyanın 5-ci iclasının təşkili üzrə iş gedir
Xarici siyasət
22 May , 2017 12:47
Səfir: Azərbaycan və Rumıniya bir sıra sahələrdə əməkdaşlığı inkişaf etdirir
Report.az

Bakı. 22 may. REPORT.AZ/ "Diplomatik münasibətlərin qurulmasından bəri keçən 25 il ərzində Rumıniya və Azərbaycan energetika sahəsində əlaqələri əməkdaşılq çərçivəsindəm kənara çıxarıb, eləcə də digər sferaları inkişaf etdirməyi bacarıb".

"Report" xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku brifinqdə deyib.

"İndi isə təhsil kimi digər sahələrdə əlaqələri inkişaf etdiririk", - o əlavə edib.

D.Yanku Azərbaycanın turizm, kənd təsərrüfatı sahələrində inkişaf əldə etmək potensialının olduğunu qeyd edib: "Həmyerlilərim - təkcə turistlər yox, həm də investorlar bu potensialı qiymətləndirməlidir".

O, keçən il ölkələr arasında ümumi ticarət dövriyyəsinin 170 milyon dollar təşkil etdiyini bildirib.

Səfir hazırda Azərbaycan və Rumıniya arasında hökumətlərarası komissiyanın 5-ci iclasının təşkili üzrə iş getdiyini vurğulayıb.