Səfir: "Azərbaycan ilə Macarıstan arasında əlaqələr bütün sahələrdə inkişaf edir"

Səfir: "Azərbaycan ilə Macarıstan arasında əlaqələr bütün sahələrdə inkişaf edir" "Əməkdaşlığımızın gələcəyinə nikbin baxıram"
Xarici siyasət
28 Aprel , 2017 15:45
Səfir: Azərbaycan ilə Macarıstan arasında əlaqələr bütün sahələrdə inkişaf edir

Bakı. 28 aprel. REPORT.AZ/ "Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı hər iki tərəfin xidmətidir".

"Report" xəbər verir ki,  bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə bildirib.

Səfir iki ölkənin liderlərinin də bir-birini yaxşı başa düşdüyünü, bunun nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlıq haqqında Memorandum imzalandığını vurğulayıb: "Beləliklə, əlaqələrimiz bütün sahələrdə inkişaf edir".

İki ölkə arasında əlaqələrin gələcəyini necə görməsi ilə bağlı sualı cavablandıran İ.Laslotski bu məsələdə özünü böyük optimist hesab etdiyini bildirib: "Bunun üçün əsasım var. Elə ona görə də Azərbaycan-Macarıstan əməkdaşlığının gələcəyinə nikbin baxıram."

Son xəbərlər

Orphus sistemi