​Səfir: "ABŞ Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxır"

​Səfir: "ABŞ Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxır" "ABŞ və Azərbaycan bir sira mühüm sahələrdə əməkdaşlıq edir"
Xarici siyasət
2 İyun , 2015 20:07
​Səfir: ABŞ Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxır

Bakı. 2 iyun. REPORT.AZ/ "ABŞ və Azərbaycan bir sıra mühüm sahələrdə əməkdaşlıq edir. Buraya iqtisadi diversifikasiya, enerji təhlükəsizliyi və demokratik inkişaf da daxildir". "Report"un verdiyi xəbərə görə, bu barədə XXII "Xəzər neft-qaz" beynəlxalq sərgi və konfransın açılışına həsr edilmiş qəbulda ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

"ABŞ Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxır və biz stabil, çiçəklənən, demokratik Azərbaycana yönəlmiş əməkdaşlığımızı davam etdirəcəyik", - R.Sekuta bildirib.

I Avropa Oyunlarından söz açan səfir qeyd edib ki, oyunlara hazırlıq prosesi böyük zəhmət tələb edib: "Bu müddətdə mən Azərbaycanda, Bakıda idim və tikintinin necə getdiyinin şahidi oldum. Bu cür tədbirləri biz insanları birləşdirmək, onların bir-birini tanıması üçün gözəl fürsət kimi dəyərləndiririk. Bununla əlaqədar olaraq mən bütün iştirakçılara uğur diləyirəm və azərbaycanlı idmançılara qələbə arzulayıram". 

Son xəbərlər

Orphus sistemi