Sədr müavini: “Gürcüstanın Ahıska bölgəsində yaşayan insanlarımız bir çox problemlərlə qarşılaşırlar”
- 03 avqust, 2023
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bu gün Gürcüstanın Ahıska bölgəsində yaşayan insanlarımızın isə vətəndaşlıqları olmadığı üçün bir çox problemlərlə qarşılaşırlar”.
Bu sözləri “Report”a müsahibəsində Ahıska Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini, Dünya Ahıska Türkləri Birliyi İdarə Heyətinin üzvü Mövlud İşıq deyib.
O bildirib ki, Gürcüstan Respublikası sırf Avropa İttifaqına qəbul olmaq üçün şərt olaraq Ahıska türklərinin Gürcüstana dönüşü ilə bağlı öhdəlik götürüb:
“Bu öhdəliyə əsasən, 2007-ci ildə qanun qəbul edildi. Qanun qəbul edilsə də, hərəkət planı yox idi. Bu qanun Ahıska türklərinin tam istədikləri kimi olmasa da, 13 mindən çox insanın vətənə dönüş ərizəsi Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim edildi. 2009-cu ildə edilən müraciətlərə 2012-ci ildə cavab verildi və 1700 nəfərə vətənə dönüş statusu, onlardan 494 nəfərə isə Gürcüstan Respublikasının şərtli vətəndaşlığı verildi. Ancaq dediyim kimi, bunun qarşılığında Azərbaycan vətəndaşlığından çıxma şərti irəli sürüldü.
Bundan başqa, digər bir problem də vətəndaşlıq verilərkən beş nəfərdən ibarət bir ailənin sadəcə iki üzvünün bu statusu alması oldu, digərlərinə vətəndaşlıq verilmədi. Bu da vətənə dönüş üçün böyük əngəl oldu”.
M.İşıq bildirib ki, bütün bunların nəticəsində Ahıska türklərindən bir nəfər də olsun vətənə dönüş edə bilməyib:
“Bu gün Gürcüstanın Ahıska bölgəsində yaşayan insanlarımızın isə vətəndaşlıqları olmadığı üçün bir çox problemlərlə qarşılaşırlar”.
Müsahibənin geniş variantını buradan oxuya bilərsiniz.