Şarl Mişel: “Azərbaycan və Ermənistan arasında dialoqa ehtiyac var”

Şarl Mişel: “Azərbaycan və Ermənistan arasında dialoqa ehtiyac var” Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Xarici siyasət
8 Sentyabr , 2021 14:59
Şarl Mişel: “Azərbaycan və Ermənistan arasında dialoqa ehtiyac var”
Şarl Mişel

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ş.Mişel tviter hesabında yazıb.

O bildirib ki, söhbət zamanı Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, tərəflər arasında etimadın yaradılmasına və dialoqa ehtiyac var.

Ş.Mişel Aİ-nin Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə dəstək də ifadə edib.

Tərəflər həmçinin Əfqanıstandakı vəziyyəti də nəzərdən keçiriblər.

Son xəbərlər

Orphus sistemi