Şamil Ayrım: "Ermənilər tarix boyu qonşularına qarşı torpaq iddiaları irəli sürüblər"

Şamil Ayrım: "Ermənilər tarix boyu qonşularına qarşı torpaq iddiaları irəli sürüblər" "Ermənilər heç vaxt öz torpaqlarında dövlət qurmayıb, tarix boyu qonşularına qarşı torpaq iddiaları irəli sürüblər".
Xarici siyasət
5 Dekabr , 2023 11:28
Şamil Ayrım: Ermənilər tarix boyu qonşularına qarşı torpaq iddiaları irəli sürüblər

"Ermənilər heç vaxt öz torpaqlarında dövlət qurmayıb, tarix boyu qonşularına qarşı torpaq iddiaları irəli sürüblər".

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

O bildirib ki, İrəvandakı məscidlər tarixən türklərə məxsusdur: "Sonradan ermənilər deportasiya və soyqırımı siyasətini həyata keçirməklə bölgənin etnosunu tamamilə dəyişiblər. Beləliklə də Ermənistan monoetnik dövlət kimi tarixə adını yazdırıb. Afrikadan qovulan Fransa hələ də Ermənistanı silahlandırır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib və Türkiyə də Azərbaycanın haqlı davasında yanında olub. Bütün dünya bunu görməlidir".

Ş.Ayrım əlavə edib ki, əslən ığdırlıdır və Iğdırda da Ermənistandan sürgün edilmiş minlərlə azərbaycanlı var: "Qərbi azərbaycanlıların haqlı davasında onların yanında olmalıyıq. 100 illərdir həmin bölgədə yaşayan azərbaycanlıların öz ata-baba yurdlarında yaşamaq, atalarının qəbirlərini ziyarət etmək ən böyük haqqıdır. Düşünürəm ki, Qərbi azərbaycanlıların haqq səsinə beynəlxalq arenadan da dəstək gəlməlidir".

Son xəbərlər

Orphus sistemi