Yuxarı
    Bağlamaq

    Şahin Mustafayev: “Azərbaycan və İran ikitərəfli əlaqələrin inkişafında maraqlıdır”

    Azərbaycanın iqtisadiyyat naziri: “İki ölkə prezidentləri ötən 3 il ərzində 7 dəfə görüşüb”

    Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin Ərdəbil əyalətinə səfəri başlayıb. 

    “Report” İRNA-ya istinadən xəbər verir ki, səfər iki gün davam edəcək. 

    Azərbaycanın iqtisadiyyat naziri Səreyndə İran-Azərbaycan ticarət konfransında iştirak edəcək, Ərdəbilin istehsal müəssisələrinə, Xudafərin su bəndinə, Azərbaycan dəmir yolu şəbəkəsinin Aslandüzdə İranın dəmir yolu şəbəkəsinə birləşdiyi qovşağa, Səreynin mineral isti sularına və Meşkində termal elektrik stansiyasına baş çəkəcək. 

    Ş.Mustafayev Azərbaycan və İran rəsmilərinin əlaqələrin inkişafında maraqlı olmasından danışaraq, iki ölkə prezidentlərinin ötən 3 il ərzində 7 dəfə görüşdüklərini və 8-ci görüşün də tezliklə Tehranda baş tutacağını deyib: “Azərbaycan Prezidenti İlham Əliyev qarşıdan gələn 2 həftə ərzində İrana səfər edəcək və İran prezidenti Həsən Ruhani ilə görüşəcək”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi