Şahin Mustafayev 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib

Şahin Mustafayev 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib
Xarici siyasət
17 İyun , 2022 23:12
Şahin Mustafayev 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib.

"Report" xəbər verir ki, iyunun 15-17-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək məqsədilə Rusiyaya səfər edib.

Nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Ehtiyatları Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər qurumların səlahiyyətli nümayəndələrindən ibarətdir.

Səfər çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədrinin birinci müavini Andrey Belousov, Hökumətin sədrinin müavini Aleksey Overçuk, Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin, sənaye və ticarət naziri Denis Manturov, Sankt-Peterburq şəhər Administrasiyasının Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev ilə görüşlər keçirilib.

Nümayəndə heyəti forumun işi və tədbir çərçivəsində müxtəlif pavilyonlar ilə tanış olub, habelə bir sıra digər görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi