Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək

Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək İki ölkə arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalanacaq
Xarici siyasət
17 Avqust , 2017 17:16
Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək

Bakı. 17 avqust. REPORT.AZ/ Sabah Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə məlumatı "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumt verilib. 

Səfər çərçivəsində Fernando Uanakuni Mamani Azərbaycanın baş naziri Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Nazirlər Azərbaycan hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalayacaqlar.

Son xəbərlər

Orphus sistemi