Rusiyanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə keçirilir

Rusiyanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə keçirilir Səsvermədə iştirak etmək üçün Rusiya Federasiyası vətəndaşlığını təsdiq edən sənəd təqdim olunmalıdır
Xarici siyasət
18 Mart , 2018 11:22
Rusiyanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə keçirilir

Bakı. 18 mart. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin binasında açılmış 8017 saylı seçki məntəqəsində Rusiya prezidenti seçkiləri ilə əlaqədar səsvermə keçirilir.

“Report” xəbər verir ki, seçki məntəqəsi martın 18-i saat 8.00-dan 20.00-dək açıq olacaq.

Məntəqədə Azərbaycanda daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşları səs verə bilərlər. Səsvermədə iştirak etmək üçün Rusiya Federasiyası vətəndaşlığını təsdiq edən sənəd təqdim olunmalıdır.

Məntəqədə həmçinin Rusiyanın Azərbaycanda müvəqqəti işlər vəkili Oleq Muraşev də səs verib.