Rusiyalı ekspert: "Gənclər Azərbaycanın daxili və xarici siyasətinə yeni güc qatacaqlar"

Rusiyalı ekspert: "Gənclər Azərbaycanın daxili və xarici siyasətinə yeni güc qatacaqlar" “Hər sahədə - təhsildə, dövlət idarəçiliyində kadr islahatlarının aparılmasının tərəfdarıyam”.
Xarici siyasət
24 Oktyabr , 2019 13:46
Rusiyalı ekspert: Gənclər Azərbaycanın daxili və xarici siyasətinə yeni güc qatacaqlar

“Hər sahədə - təhsildə, dövlət idarəçiliyində kadr islahatlarının aparılmasının tərəfdarıyam”.

Bunu “Report”un Rusiya bürosuna Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Stanislav Çerniavskiy Azərbaycan hökumətindəki kadr dəyişikliklərinə münasibət bildirərkən deyib.

“Əlbəttə, dövlət siyasətini necə qurmaq barədə Azərbaycan rəhbərliyinə məsləhət vermək mənim işim deyil, lakin Azərbaycanın oturuşmuş demokratiya ölkəsi olduğunu deməliyəm. Uzun illərdir ölkədə qanunlara riayət olunmaq şərti ilə demokratik islahatlar keçirilir. Mövcud nizamlı sistem Azərbaycanın Cənubi Qafqaz kimi mürəkkəb regionda öncül mövqelərini əldə saxlamaq imkanını yaradır”, – rusiyalı ekspert bildirib.

“Məncə, Azərbaycan rəhbərliyinin hazırda yenilənmə dövründə gördüyü bütün tədbirlər çox ədalətlidir. Ölkənin həm daxili, həm də xarici siyasətinə gənclərin yeni güc qatacağına şübhəm yoxdur”, – S.Çerniavskiy fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi