Rusiyalı ekspert: Azərbaycan regionun təhlükəsizliyi və sabitliyini qorumaq üçün de-fakto mandata malikdir

Rusiyalı ekspert: Azərbaycan regionun təhlükəsizliyi və sabitliyini qorumaq üçün de-fakto mandata malikdir Bu gün Cənubi Qafqaz və Xəzər regionu son dərəcə geosiyasi və iqtisadi əhəmiyyətə malikdir.
Xarici siyasət
2 Sentyabr , 2024 13:05
Rusiyalı ekspert: Azərbaycan regionun təhlükəsizliyi və sabitliyini qorumaq üçün de-fakto mandata malikdir

Bu gün Cənubi Qafqaz və Xəzər regionu son dərəcə geosiyasi və iqtisadi əhəmiyyətə malikdir.

"Report" xəbər verir ki, bunu rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

“Bu gün bir çox dövlətlər, xüsusən də Qərb dövlətləri suveren ölkələrdə ictimai-siyasi proseslərin inkişafını öz nəzarəti altına almağa çalışır. Bu baxımdan Azərbaycana təzyiq etmək əbəsdir. Fransa və digər qeyri-dost ölkələr nə qədər səy göstərsə də, mən tam əminəm ki, sentyabrın 1-də keçirilmiş parlament seçkilərinin nəticəsi Azərbaycanın istənilən xarici təsir faktoruna qarşı dayanıqlığı olacaq”, - o qeyd edib.

İ.Korotçenkonun sözlərinə görə, Azərbaycan bu gün beynəlxalq ictimaiyyət tərəfindən tələb olunan qlobal tendensiyaları müəyyən edən ölkədir.

“Bu gün Cənubi Qafqaz və Xəzər regionu obyektiv olaraq ən mühüm geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Azərbaycan bu gün təkcə öz təhlükəsizliyinə cavabdeh deyil, həm də Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyini qorumaq üçün de-fakto mandata malikdir. Bu da ölkənin müstəqillik illərində dövlət siyasi quruculuğu sahəsində əldə etdiyi uğurların sübutudur”, - rusiyalı ekspert hesab edir.

O, həmçinin COP29-un Azərbaycanda ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi