Rusiya XİN Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

Rusiya XİN Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribata münasibət bildirib.
Xarici siyasət
12 Aprel , 2023 14:18
Rusiya XİN Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribata münasibət bildirib.

"Report"un Rusiya bürosunun məlumatına görə, nazirliyin sözçüsü Mariya Zaxarova aprelin 12-də keçirdiyi həftəlik brifinqdə deyib ki, sərhəddə atışma baş verəndən sonra Moskva vəziyyətin gərginləşməməsi üçün dərhal tədbirlər görüb.

O söyləyib ki, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir:

"Dünən Ermənistan-Azərbaycan sərhədində insident baş verən kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndələri Azərbaycan və Ermənistanın məsul şəxsləri ilə birgə əraziyə gediblər və lazımi tədbirləri görüblər".

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Son xəbərlər

Orphus sistemi