Rusiya XİN başçısı: "Xəzərin hüquqi statusu üzrə müddəaların əksəriyyəti razılaşdırılıb" - VİDEO

Rusiya XİN başçısı: "Xəzərin hüquqi statusu üzrə müddəaların əksəriyyəti razılaşdırılıb" - VİDEO Sergey Lavrov: "Məsələnin həlli ölkələrdən heç birinin marağına zidd olmamaqla ədalətlilik prinsiplərinə uyğun olmalıdır"
Xarici siyasət
6 Mart , 2017 15:45
Rusiya XİN başçısı: Xəzərin hüquqi statusu üzrə müddəaların əksəriyyəti razılaşdırılıb - VİDEO
Report.az

Moskva. 6 mart. REPORT.AZ/ "Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində irəli hərəkət etmək üçün çox yaxşı müsbət məqamlar var".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya XİN başçısı Sergey Lavrov ilə keçirdiyi görüşdən sonra Moskvada mətbuat konfransında "Report"un Rusiya bürosunun müxbirinin sualını cavablandırarkən deyib.

"Beş Xəzəryanı ölkədən üçü eyni mövqeyə malikdir. Demək olar, dördüncüsü də orta xətt ideyasını dəstəkləyir. Məncə, gec-tez bu məsələyə gələcəyik, yəni məsələyə məhz orta xəttin necə müəyyənləşdirilməsi kontekstində yanaşacağıq. Hazırda hüquqi statusun müəyyənləşdirilməsi üzrə irəli hərəkət etmək baxımından çox yaxşı müsbət məqamlar var" - E.Məmmədyarov bildirib.

Rusiyanın xarici işlər naziri bu məsələ ilə bağlı azərbaycanlı həmkarı ilə razılaşıb.

"Müddəaların əksəriyyəti razılaşdırılıb, ekspertlər qalan məsələlər üzərində işləməyə davam edirlər. Bu elə də çox deyil. Tətbiq edilə biləcək bir sıra metodlar var. Bu elə metod olmalıdır ki, ölkələrdən heç birinin marağına zidd olmamaqla ədalətlilik prinsiplərinə uyğun gəlsin. Hesab edirəm ki, bu istiqamətdə nəticə əldə edə biləcəyik", - S.Lavrov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi