Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gələcək

Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gələcək Bakıda Azərbaycan-Rusiya təhlükəsizlik məsləhətləşmələri keçiriləcək
Xarici siyasət
3 Sentyabr , 2019 11:44
Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gələcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək. 

"Report" TASS-a istinadən xəbər verir ki, səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.  

"“Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. N.Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla, hər iki ölkənin bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq”.", - Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir.

Son xəbərlər

Orphus sistemi