Rusiya şirkətlərinin azad edilən ərazilərdə fəaliyyəti müzakirə olunub

Rusiya şirkətlərinin azad edilən ərazilərdə fəaliyyəti müzakirə olunub Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olunub.
Xarici siyasət
24 Noyabr , 2021 12:59
Rusiya şirkətlərinin azad edilən ərazilərdə fəaliyyəti müzakirə olunub

Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olunub.

"Report" xəbər verir ki, bu məsələ Rusiya Baş nazirinin müavini Aleksey Overçukun noyabrın 24-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman müzakirə edilib.

Əminlik ifadə edilib ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək.

Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparılıb. Dövlət başçısı İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi