Rusiya hökumətinin sədri Prezident İlham Əliyevi təbrik edib

Rusiya hökumətinin sədri Prezident İlham Əliyevi təbrik edib Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
24 Dekabr , 2021 16:10
Rusiya hökumətinin sədri Prezident İlham Əliyevi təbrik edib
Mixail Mişustin

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan milli iqtisadiyyatın və sosial sahənin inkişafına yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirir. Respublikanın regionda və beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə möhkəmlənib.

Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Ticari-iqtisadi, investisiya, elmi-texniki və mədəni-humanitar sahələrdə əməkdaşlıq da durmadan genişlənir, mühüm birgə layihələr uğurla həyata keçirilir.

Əminəm ki, praktiki qarşılıqlı fəaliyyətin bundan sonra da dərinləşməsi, yeni perspektivli təşəbbüslərin həyata keçirilməsi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının mənafelərinə tam müvafiqdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və məsul dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".

Son xəbərlər

Orphus sistemi