Yuxarı

Rusiya Federasiya Şurası: "Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı mühüm tərəfdaşıdır"

Rusiya regionda sabitliyin və əmin-amanlığın bərqərar olmasında maraqlıdır

Bakı. 26 fevral. REPORT.AZ/ "Qafqaz regionunda Azərbaycan Rusiya üçün mühüm ticari-iqtisadi və siyasi tərəfdaşıdır". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiya Şurası beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev bildirib. 

O əlavə edib ki, Cənubi Qafqaz ölkələri Rusiya üçün böyük əhəmiyyət kəsb edir. "Rusiya regionda sabitliyin və əmin-amanlığın bərqərar olmasında maraqlıdır", - siyasətçi qeyd edib.

Senator Azərbaycan rəhbərliyinə rus dilinə və respublikada yaşayan ruslara göstərilən diqqətə və qayğıya görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlıq və regionlararası əlaqələr də yüksək dövlət səviyyəli böyük layihələrə təkan verir. 

Azərbaycanla əlaqələrin əsas istiqamətləri arasında deputat energetika sahəsini qeyd edib. Bu sahədə bizim ölkələrimiz rəqib deyil, tərəfdaş qismində çıxış edə bilər. Sənaye, kənd təsərrüfatı sahələrində də bir çox layihələr, eləcə də elmi sahədə əməkdaşlığımız mövcuddur", - K.Kosaçev deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi